Naxçıvan Dövlət Universitetinin “Monitorinq və qiymətləndirmə bölməsi” universitetin struktur bölməsidir, 2 oktyabr 2023-cü il tarixində yaradılmışdır.
BÖLMƏNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
Fakültələr üzrə dərs cədvəllərinin yoxlanılması, otaq fondunun qeyd edilməsi, ixtisaslar, qruplar üzrə tələbələrin siyahısını, semestr üzrə tədris ediləcək fənlər haqqında məlumatlar (auditoriya saatları, krediti və s.), fənlər üzrə semestr imtahanlarının keçirilmə formasını müəyyənləşdirmək, imtahan işinin təşkili məqsədi ilə imtahan-işçi qruplarının, imtahan nəzarətçilərinin və s. müəyyənləşdirilməsi üçün fakültə və şöbələrə müraciətin edilməsi, o, cümlədən, semestr ərzində fakültələr üzrə tələbələrin və fənn müəllimlərinin dərslərdə iştirakını səmərəli təmin etmək məqsədi ilə, tələbələrin və fənn müəllimlərinin dərslərə davamiyyəti ilə bağlı gündəlik monitorinqlərin aparılması işinə hazırlıq və aparılması;
Universitetlərin reytinqinin müəyyən edilməsində imtahanların təşkili, operativliyi və obyektivliyi əsas göstəricilərdən biri hesab olunduğundan Naxçıvan Dövlət Universitetində bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi;
Fakültələrin nəzdində olan kafedralarda hazırlanmış kollekvium suallarının (testlərin) müəyyən olunmuş qaydalara əsasən qəbul edilməsi və testlərin imtahan proqramında yoxlanaraq təkrarların və xətaların aradan qaldırılması və həmin sualları (testləri) müəyyən edilmiş tarixədək nəzarətdə saxlamaq;
Fakültələrdə keçirilən kollekviumlara nəzarət edilməsi;
Fakültələrin nəzdində olan kafedralarda hazırlanmış imtahan suallarının (testlərin) müəyyən olunmuş qaydalara əsasən qəbul edilməsi və testlərin imtahan proqramında yoxlanaraq təkrarların və xətaların aradan qaldırılması və həmin sualları (testləri) müəyyən edilmiş tarixədək nəzarətdə saxlamaq;
Fakültələr üzrə tələbələr arasında tələbələrin öz dərsləri, fənn müəllimləri, imtahan və kollekviumları ilə bağlı rəylərini, təkliflərini müəyyən etmək məqsədi ilə (yazılı, şifahi, elektron formada) sorğuların aparılması, təhlili və tətbiqi;
İxtisaslar üzrə imtahan cədvəllərinin hazırlanması, imtahan zallarının qrafik üzrə müəyyən edilməsi, imtahan yoxlama otaqlarının, işçi qruplarının xidməti otaqlarının, imtahanın təşkili və keçirilməsi zamanı aidiyyəti avadanlıqlar və ləvazimatlarla təmin olunması məqsədi ilə aidiyyəti struktur bölmələrinə təqdimatların verilməsi, zəruri avadanlıqların alınması;
Semestr sonu müvafiq qaydada fakültələr üzrə aparılmış monitorinqlərin nəticəsi haqqında Universitet rəhbərliyinə hesabatın təqdim edilməsi;
İmtahan sessiyası müddətində imtahanların müəyyən olunmuş qrafik əsasında imtahan cədvəllərinə uyğun olaraq keçirilməsini təmin etmək, tələbələrin imtahan vərəqələrinin kodlaşdırılması, eyni zamanda imtahan nəticələrinin yoxlanılmasının və nəticələrin elan edilməsinin aidiyyəti struktur bölmə, şöbə və fakültələrə çatdırılması, o, cümlədən imtahan vərəqələrinin təsdiq edilməsi üçün yoxlanılması;
Akademik borcların ləğvini və qiymətləndirməsini təşkil etmək;
İmtahan sessiyasının nəticələrinin fakültə dekanları ilə birlikdə müzakirəsi, növbəti keçiriləcək Universitet Elmi Şurasında dinləniləcək hesabatın hazırlanması və təqdim edilməsi;
Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının mövcud qərarlara və təlimatlara uyğun olaraq Naxçıvan Dövlət Universiteti üzrə bölüşdürülməsi, Universitet üzrə təqaüd alacaq tələbələrin siyahısının müəyyənləşdirilməsi və fakültə dekanlarının təqaüdlə bağlı təqdim etdikləri təqdimatların yoxlanması;
Xarici universitetlərin bu sahədəki təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi;
Təhsil Tələbə Krediti Fondunun təhsil müəssisəsi üzrə məsul şəxsin öhdəliklərinin yerinə yetirilməsi;
Yuxarıda öz əksini tapmamış, lakin, təhsil haqqında qanunda, təhsilə dair mövcud sərəncamlarda, qaydalarda, qərarlarda və.s-də bölməyə aid məsələlərin həll edilməsini həyata keçirir.
Müdir: Tağıyev Elgün Bəşir oğlu
Baş inspektor: Əliyev Murad Zamin oğlu
İnspektor: Rzayeva Gülnaz Zəfər qızıTelefon: (+99436) 544-08-61 (11-01)
E-mail: monitorinqveqiymetlendirme@ndu.edu.az